Rusiya Əfqanıstana qoşun göndərməyəcək

Rusiya Əfqanıstana qoşun göndərməyəcək
  23 Avqust 2021    Oxunub:1231
Azvision.az “Lenta-ru” saytına istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Oleq Syromolotov "Taliban" hərəkatının ölkəsində nizam-intizamı bərpa etmək üçün digər ölkələrin hərbi dəstəyinə ehtiyac duymadığını söyləyib. O əlavə edib ki, Əfqanıstana qoşun göndərmək Rusiya dövlətinin maraqlarına uyğun deyil.
“Sualın bu cür qoyuluşu aktual deyil. Belə bir addım bizim maraqlarımıza uyğun olmazadı. Bundan əlavə, yeni Əfqanıstan hakimiyyəti ölkədə asayişi bərpa etməyə başlayıb və heç kimin hərbi dəstəyinə ehtiyac duymur", - o deyib.

Cənab Syromolotov onu da bildirib ki, Rusiya Talibanı terror təşkilatları siyahısından çıxarmağa tələsmir. Onun sözlərinə görə, bu məsələdə "yeni Əfqanıstan hakimiyyətinin əməli addımlarını və BMT Təhlükəsizlik Şurasının müvafiq qərarlarını rəhbər tutmaq" lazımdır.

Nadir Quliyev
Azvision.az



Teqlər: Qusqoşunu   Əfqanıstan  



Xəbər lenti