"Taliban" 31 avqusta kimi ABŞ-a vaxt qoydu

 "Taliban" 31 avqusta kimi ABŞ-a vaxt qoydu
  23 Avqust 2021    Oxunub:2526
"31 avqust tarixi ABŞ qüvvələrinin Əfqanıstandan çıxarılması üçün qırmızı xəttdir, vaxtın uzadılması işğalın davam etməsi demək olacaq".
Azvision.az xəbər verir ki, bu barədə “Taliban” nümayəndəsi Suheyl Şahin bildirib.

- Bu, qırmızı xəttdir. ABŞ Prezident Co Bayden 31 avqustda bütün hərbi qüvvələri geri çəkəcəklərini açıqladı. Buna görə də əgər vaxtı uzatsalar, bu, işğalı genişləndirdikləri mənasına gəlir. Hesab edirik ki, buna ehtiyac yoxdur, - Şahin Sky TV -yə müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ və ya Böyük Britaniyaya təxliyəyə üçün əlavə vaxt verilməyəcək.

- Bunun fəsadları ola bilər. Həmçinin, aramızda inamsızlığa gətirib çıxaracaq. Əgər işğala davam etmək niyyətində olsalar, bu reaksiyaya səbəb olacaq, - "Taliban" nümayəndəsi əlavə edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Taliban   ABŞ  



Xəbər lenti