Zərif getdi
- Tarix həm nailiyyətlərimizin dəyərini, həm də uğursuzluqlarımızın səbəblərini mühakimə edəcək. Ancaq biz həmişə həmkarlarımızla birlikdə xarici siyasəti, sülhü, insanların sağlamlığını və rifahını, millətin hüquqlarını, milli iqtisadiyyatımızı və ölkənin inkişafını qorumaq üçün əlimizdən gələni etməyə çalışmışıq. Problemlərin həllində kiçik rol oynamağa səy göstərdik.
- Bəzi işlərimi bəyənmədiyinizi bilirəm. Məsələn, bəziləri Con Kerri ilə (ABŞ-ın sabiq dövlət katibi) gəzintimdən və ya "Taliban" nümayəndələrini Tehranda salamlamağımdan incimişdi. Üzr istəyirəm ki, milli mənafeyi qorumaq üçün həmişə istədiyim kimi danışa və hətta hərəkətlərimi müdafiə edə bilmirdim. Amma xarici siyasət sahəsində çalışdığım illər ərzində mənim üçün xalqın maraqlarından başqa heç bir meyar olmayıb. İndi eyni vəzifəni Tehran Universitetində başqa bir sahədə davam etdirmək niyyətindəyəm,- Zərif qeyd edib.
O, 2013-cü ildən İranın XİN rəhbəri vəzifəsində çalışıb. Ümumilikdə isə diplomatiya sahəsində 40 illik təcrübəyə malikdir.
Bazar günü Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi ilə görüşdən sonra Zərif "Twitter"də "Ehtimal ki, bu, mənim son görüşümdür",- yazıb.
Xatırladaq ki, iyunun 18-də İranda növbəti prezident seçkisi keçirilib. İbrahim Rəisi seçkidə qalib gəlib. O, 5 avqust tarixində and içərək vəzifəsinə başlayıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: İran CavadZərif







Vaxtında, Aydın, Lazımlı!


