Rusiyada pivə satışı azalıb?

Rusiyada pivə satışı azalıb?
  23 Avqust 2021    Oxunub:1204
Rusiyada keçən ilin eyni dövrü ilə müqayisədə pərakəndə pivə satışı təxminən 2% azalıb. Azvision.az RİA Novosti nəşrinə istinadən xəbər verir ki, bu məlumatı “Rosalkoqolregulirovanie” yayıb. 2021-ci ilin ikinci rübündə, bir il əvvəlki 175.9 milyon dekalitrə qarşı 172.6 milyon dekalitr pivə satılıb.
Pivə satışları ilin ikinci rübündə sürətlənə bilərdi, çünki Mərkəzi Rusiya, Ural və Sibirdə hava may və iyun aylarında qeyri-adi dərəcədə isti keçib. İyunun 11-də bəzi oyunları Rusiyada keçirilən futbol üzrə Avropa Çempionatına start verilməsi də buna təsir edə bilərdi.

Federal və Regional Alkoqol Bazarlarını Araşdırma Mərkəzinin direktoru Vadim Drobiz RBC-yə bildirib ki, istehsalçıların verdiyi bəyannamələr statistikada səhv qəbul edilib. Eyni zamanda, ən böyük pivə istehsalçıları yerli bazarlardakı satışlar haqqında məlumat dərc etmirlər. Türk Anadolu Efes (Efes, Beck's, Miller) 2021-ci ilin ikinci rübündə Rusiya bazarın da satışların praktiki olaraq dəyişmədiyini qeyd ediblər.

AB InBev Efes nümayəndəsinin sözlərinə görə, 2021-ci ilin ikinci rübündə satışların cüzi artımı istehlakçıların pivəyə olan marağının azalması ilə deyil, sənayenin əhəmiyyətli artım göstərdiyi 2020 -ci ildə müşahidə edilən təsirlə əlaqədardır. 2020-ci ilin yayı daha isti keçib, lakin sonrakı yüksək satışlarda əsas amil alkoqollu içkilərin satışına müsbət təsir edən özünütəcrid amili olub.

Bundan əvvəl ölkədə alkoqol istehsalının ildə 2,3% azaldığı bildirilmişdi. 2021-ci ilin yanvar-iyul aylarında Rusiyada pivə və digər içkilər istisna olmaqla, 90, 56 milyon dekalitr spirtli içki istehsal ediıib ki, bu da ötən ilkinə nisbətən 2,3% azdır .

Nadir Quliyev
Azvision.az



Teqlər: Rusiya   Pivəsatışı  





Xəbər lenti