Kabil hava limanından bütün uçuşlar dayandırılıb

Kabil hava limanından bütün uçuşlar dayandırılıb
  23 Avqust 2021    Oxunub:878
Əfqanıstan Mülki Aviasiya Agentliyi Həmid Kərzay Beynəlxalq Hava Limanında bütün uçuşların dayandırıldığını elan edib.
Azvision.az xəbər verir ki, bu barədə qurumun “Facebook” səhifəsində məlumat verilib. Qeyd olunub ki, növbəti göstərişə qədər aeroportdan həyata keçiriləcək bütün reyslər dayandırılıb.

Agentlik vətəndaşları izdihamdan və baş verə biləcək mümkün bədbəxt hadisələrdən yayınmaq üçün hava limanına getməməyə çağırıb.

Məlumatda o da vurğulanıb ki, həm Əfqanıstanın əyalətləri arasında, həm də xaricə uçuşları bərpa etmək üçün iş aparılır.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan   Uçuş  





Xəbər lenti