ABŞ bir gündə Əfqanıstandan 10 mindən çox insanı təxliyə edib

ABŞ bir gündə Əfqanıstandan 10 mindən çox insanı təxliyə edib
  23 Avqust 2021    Oxunub:1159
ABŞ bazar günü Əfqanıstandan təxminən 10 400 nəfəri təxliyə edib. Daha 5 900 nəfər isə koalisiya təyyarələri ilə çıxarılıb.
Azvision.az xəbər verir ki, bu barədə “Reuters” Ağ Evin nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, 14 avqustdan bəri Amerika hərbçilərinin səyləri nəticəsində təxminən 37 min adam Əfqanıstanı tərk edib.

“Taliban” hərəkatının yaraqlıları avqustun 15-də Kabilə döyüşsüz daxil olublar, bir neçə saat ərzində isə paytaxt üzərində nəzarəti tam ələ alıblar. Əfqanıstan Prezidenti Əşrəf Qani qan tökülməsinin qarşısını almaq üçün ölkəni tərk etdiyini söyləyib. Vitse-prezident Əmrulla Saleh konstitusiyaya görə ölkə başçısı vəzifəsini müvəqqəti icra etdiyini deyib və taliblərə silahlı müqavimət göstərməyə çağırıb.

Qərb ölkələri vətəndaşlarını və səfirlik işçilərini Əfqanıstandan təxliyə edir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan   ABŞ  





Xəbər lenti