Özbəkistan prezidenti KTMT sammitində iştirak edib

Özbəkistan prezidenti KTMT sammitində iştirak edib
  23 Avqust 2021    Oxunub:1260
Özbəkistan prezidenti Şavkat Mirziyoyev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin rəhbərləinin Əfqanıstandakı vəziyyətə həsr olunmuş fövqəladə sessiyasında qonaq qismində iştirak edib .
Azvision.az xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Əfqanıstandakı mövcud vəziyyəti nəzərə alaraq, habelə mümkün təhlükəsizlik çağırışlarına və təhdidlərinə cavab olaraq bölgədəki ən yaxın tərəfdaş ölkələrin, qonşuların gördüyü tədbirlər ilə daha yaxından tanış olmaq üçün Özbəkistan prezidenti Şavkat Mirziyoyev 23 avqustda video konfrans formatında keçiriləcək KTMT dövlət başçılarının fövqəladə Zirvə Toplantısında qonaq olaraq iştirak edib.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: Özbəkistan  





Xəbər lenti