“Taliban" Əfqanıstanı idarə etmək üçün şura yaratmaq istəyir

“Taliban" Əfqanıstanı idarə etmək üçün şura yaratmaq istəyir
  24 Avqust 2021    Oxunub:1599
“Taliban" hərəkatının rəhbərliyi Əfqanıstanı idarə etmək üçün şura yaratmaq niyyətindədir. Onlar şuraya 12 nəfəri daxil etmək istəyirlər.
Azvision.az xəbər verir ki, bu barədə "Foreign Policy" jurnalı hərəkatın liderlərinə yaxin mənbələrə istinadən məlumat yayıb.

Nəşrə görə, şuradakı ən nüfuzlu üç şəxs “Taliban”ın siyasi qanadının lideri Əbdül Qani Baradar, hərəkatın qurucusu Molla Ömərin oğlu və “Taliban”ın hərbi komissiyasının rəhbəri Mouləvi Yaqub, həmçinin “Haqqani şəbəkəsi” təxribatçı qrupunun lideri və sahə komandiri Siracuddin Haqqani olmalıdır.

Qeyd olunub ki, "Taliban" Əfqanıstanda prezident və ya digər vahid lider postunu bərpa etməyi düşünmür. Lakin onlar əvvəlki hökumət üzvlərindən bəzilərinə öz seçimlərinə əsasən yeni kabinetdə nazir vəzifələrini təklif etmək niyyətindədirlər.

Azvision.az



Teqlər: Əfqanıstan   Taliban  





Xəbər lenti