Rusiya ilə Səudiyyə Ərəbistanı hərbi əməkdaşlıq müqaviləsi imzalayıblar

    Rusiya ilə Səudiyyə Ərəbistanı    hərbi əməkdaşlıq müqaviləsi    imzalayıblar
  24 Avqust 2021    Oxunub:1614
Sənədi 23 avqust Bazar ertəsi günü Rusiya müdafiə naziri Sergey Şoyqunun iştirakı ilə müavini Aleksandr Fomin və krallığın müdafiə nazirinin müavini Şahzadə Xalid bin Salman Əl-Səud imzalayıblar.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın “İzvestiya” qızeti yazıb.

Sergey Şoyqu Səudiyyə şahzadəsi ilə görüşdə Rusiya hərbi nazirliyinin krallıqla hərbi-texniki əməkdaşlığının dinamik inkişafına sadiq olduğunu söyləyib.

Nazir şahzadəyə "Armiya-2021" VII Beynəlxalq Hərbi-Texniki Forumunda iştirakına görə təşəkkürünü də bildirib.

"Siz sərginin meydançalarında ən son rus nümunələri, həmçinin Suriyada özünü yaxşı tərəfdən göstərənlər silahglarla tanış ola biləcəksiniz" – Şoyqu deyib.

O qeyd edib ki, şahzadənin foruma şəxsən gəlməsini Səudiyyə Ərəbistanının Rusiya ilə əməkdaşlığı daha da gücləndirmək kursunun təsdiqi kimi qiymətləndirir.

Şoyqu əlavə edib ki, Rusiya və Səudiyyə Ərəbistanı başçıları arasındakı etibarlı və hörmətli münasibətlər ölkələrin hərbi idarələri arasında konstruktiv dialoqa kömək edir.

Şahzadə Xalid bin Salman Əl-Səud öz növbəsində Səudiyyə Ərəbistanının Rusiya Federasiyası ilə əməkdaşlığı gücləndirmək əzmində olduğunu vurğulayıb.

Nadir Quliyev
Azvision.az



Teqlər: Rusiya   Səudiyyə  





Xəbər lenti