Bayden Kabildən təxliyə ilə bağlı qərar verəcək

Bayden Kabildən təxliyə ilə bağlı qərar verəcək
  24 Avqust 2021    Oxunub:868
ABŞ Prezidenti Co Baydenin yaxın 24 saat ərzində amerikalıların Əfqanıstandan çıxarılması üçün hərbi əməliyyatın müddətinin 31 avqustdan sonra uzadılıb- uzadılmayacağına dair qərar verəcəyi gözlənilir.
Azvision.az xəbər verir ki, bu barədə “Reuters” Vaşinqton administrasiyasına istinadən məlumat yayıb.

Qeyd olunub ki, Amerika liderinin bəzi müşavirləri təhlükəsizlik səbəbindən əməliyyatın uzadılmasına qarşı çıxırlar. Baydenin bu mövzu ilə bağlı niyyətini çərşənbə axşamı video bağlantı vasitəsi ilə Əfqanıstanda vəziyyətlə əlaqədar keçiriləcək G-7 zirvəsində açıqlayacağı gözlənilir.

Xatırladaq ki, dünən "Taliban" nümayəndəsi ABŞ üçün 31 avqustun son tarix olduğunu və müddətin uzadılmayacağını bəyan edib.

Azvision.az



Teqlər: Əfqanıstan   ABŞ  





Xəbər lenti