Nyu-Yorkun yeni qubernatoru vəzifəsinin icrasına başlayıb

Nyu-Yorkun yeni qubernatoru vəzifəsinin icrasına başlayıb
  24 Avqust 2021    Oxunub:1349
Keti Hokul ABŞ-ın Nyu-York ştatının qubernatoru kimi and içib. O, bu vəzifədə çalışan ilk qadındır.
Azvision.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti yazıb.

Daha əvvəl qubernatorun müavini vəzifəsində çalışan Hokul, yeni postunda 2010-cu ildən bəri ştata rəhbərlik edən Endryu Kuomonu əvəzləyib. Kuomo qadınlara qarşı cinsi zorakılıq faktlarında adı hallandığı üçün istefa verib. Lakin o, cinsi zorakılıq iddialarını rədd edib.

Nyu-York ştatının qanunvericiliyinə görə, qubernator vaxtından əvvəl vəzifəsindən getdikdə onu müavini əvəz edir. Seçkilər isə müəyyən edilmiş vaxtda keçirilir.
Ştatda seçkilərin 2022 -ci ilin payızında reallaşacağı nəzərdə tutulub. Həmin vaxta qədər Hokulun koronavirus, cinayətkarlıqla mübarizə və Nyu-Yorkun pandemiyadan sonra iqtisadiyyatını bərpa etməyə çalışacağı gözlənilir.

Xatırladaq ki, ştat prokurorluğu hələ də sabiq qubernatora qarşı heç bir ittiham irəli sürməyib.

Azvision.az



Teqlər: Nyu-York   Qubernator  





Xəbər lenti