Əfqanıstanda Ukrayna təyyarəsi qaçırılmayıb - YENİLƏNİB

 Əfqanıstanda Ukrayna təyyarəsi qaçırılmayıb -  YENİLƏNİB
  24 Avqust 2021    Oxunub:1749
Əfqanıstanın paytaxtı Kabildə Ukraynaya məxsus təyyarənin qaçırılması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Oleq Nikolenko bildirib.

Onun sözlərinə görə, Kabildə və yaxud başqa bir yerdə Ukrayna təyyarəsi qaçırılmayıb.

- Ukrayna təyyarəsinin qaçırılması barədə bəzi KİV-lərin yaydığı məlumatlar doğru deyil. Kiyevin Əfqanıstana təxliyə üçün göndərdiyi bütün təyyarələr geri qayıdıb , - XİN rəsmisi əlavə edib.

***
10:53

Azvision.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər nazirinin müavini Yevgeniy Yenin bildirib.

Onun sözlərinə görə, keçən həftə ukraynalıların Əfqanıstandan evakuasiyası üçün göndərilən təyyarə naməlum şəxslər tərəfindən ələ keçirilib və digər sərnişinləri İrana aparıb.

- Təyyarəmiz başqa insanlar tərəfindən ələ keçirildi. Ötən çərşənbə axşamı əslində bizim təyyarəmiz oğurlandı - ukraynalıları çıxarmaq əvəzinə göyərtəsində naməlum sərnişin qrupu ilə İrana uçdu, - nazir müavini deyib. Hadisənin necə nəticələndiyini isə açıqlamayıb.

- Vətəndaşları təxliyə etmək üçün növbəti üç cəhdimiz də uğursuz oldu, çünki sərnişinlərimiz hava limanına çata bilmədilər, - Yenin əlavə edib.

Bazar ertəsi axşam içərisində 98 sərnişinin olduğu üçüncü təyyarə Əfqanıstandan Ukraynaya gəlib. Sərnişinlərin 41 nəfəri Ukrayna vətəndaşıdır.

Azvision.az



Teqlər: Ukrayna   Əfqanıstan  





Xəbər lenti