ƏfqanıstanTalibanistana çevrilməyəcək - Saleh

ƏfqanıstanTalibanistana çevrilməyəcək -    Saleh
  24 Avqust 2021    Oxunub:1206
"Əfqanıstan “Taliban” diktatorluğunu rədd edir. Ölkənin Talibanistana çevrilməsini istəmirik. Bu, olmayacaq".
Azvision.az xəbər verir ki, bunu “India Today” telekanalına müsahibəsində Əfqanıstanın vitse-prezidenti, “Taliban”a müqavimət göstərməyə çağıran Əmrullah Saleh deyib.

Xatırladaq ki, Ə.Saleh Əşrəf Qaninin ölkəni tərk etməsindən sonra özünü prezident vəzifəsinin müvəqqəti icraçısı elan edib.

-Biz danışıqlara üstünlük veririk, amma bu, mənalı olmalıdır, - Saleh əlavə edib.

Onun sözlərinə görə, "Taliban”ın Pəcşirin bir hissəsini ələ keçirməsi barədə iddiaları tamamilə yalandır.

- Vəziyyətə nəzarət edirik. İnsanların mənəvi ruhu çox yüksəkdir. İnsanlar arasında fikir birliyinə nail olduq, onlar müqavimət ruhunu satmağa hazır deyillər. Biz, konstruktiv danışıqlara, danışıqlar uğursuz olarsa, müqavimətə də hazırıq.

"Talibanla” danışdıq - seçim onlarındır, döyüşmək istəyirlərsə, görüşəcəyik, danışıqlar aparmaq istəyirlərsə, biz məzmunlu müzakirələrin tərəfdarıyıq. Biz təşəkkür gözləmirik, amma istəyirik ki, Əfqanıstan xalqının öz dövlətinin xarakterini təyin etmək şansı olsun. Əfqanıstan xalqının kimliyinin məhv edilməsini istəmirik. Əfqanıstan cəmiyyətinin quruluşunun qalmasını, bütün etnik qrupların kimliyinin qorunmasını istəyirik. Buna görə də danışıqlar "Taliban" zülmünü qanuniləşdirmək üçün Dohada aparılan danışıqlar kimi olmamalıdır, - Saleh əlavə edib.

Azvision.az



Teqlər: Əfqanıstan   Taliban  





Xəbər lenti