Çin Navalnı məsələsini Rusiyanın daxili işi hesab edir
Xatırladaq ki, cümə günü ABŞ Maliyyə Nazirliyi Aleksey Navalnının "zəhərlənməsinin" ildönümü ilə əlaqədar olaraq yeni sanksiyalar elan edib. Sanksiyalar FSB Kriminal Ekspertiza İnstitutunun bir sıra əməkdaşlarına, habelə Rusiya Federasiyası Müdafiə Nazirliyinin strukturuna daxil olan Hərbi Tibbi Sınaq İnstitutuna tətbiq olunacaq.
Rusiya səfirliyi Londonu Navalnıya qarşı sanksiyalara görə qisas almaqla hədələyib.
"Navalnı ilə bağlı hadisəyə gəlincə, Çin dəfələrlə vurğulayıb ki, bu, yalnız Rusiyanın daxili işidir", - diplomat bildirib.
Nadir Quliyev
Azvision.az