Paşinyan sərhədlərin demarkasiyası və delimitasiyasından danışıb

Paşinyan sərhədlərin demarkasiyası və delimitasiyasından danışıb
  24 Avqust 2021    Oxunub:972
"Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası maksimum tez başlamalıdır".
Azvision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.

- Təəssüf ki, siyasi vəziyyətə görə bu ilin yazında nəzərdə tutulan nəticəni əldə etmək mümkün olmadı, - Paşinyan deyib.

O, Ermənistanın Azərbaycanla regional kommunikasiyaları bərpa etməyə hazır olduğunu əlavə edib. Paşinyanın sözlərinə görə, İrəvan üçtərəfli işçi qrupu (Ermənistan, Rusiya və Azərbaycan baş nazir müavinlərindən ibarət) çərçivəsində aparılan müzakirələrə ölkəsinin 30 ildir davam edən blokadadan çıxması üçün bir fürsət kimi baxır.

Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti