Ermənistanda qadınlar döyüş hissələrində xidmət edəcək

 Ermənistanda qadınlar döyüş hissələrində xidmət edəcək
  24 Avqust 2021    Oxunub:877
Ermənistanda qadınların döyüş bölmələrində xidmətə cəlb olunmaları nəzərdə tutulub. Bu, ölkənin silahlı qüvvələrində aparılan islahatlar çərçivəsində olacaq.
Azvision.az xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan parlamentdə Nazirlər Kabinetinin yeni proqramının təqdimatı zamanı bildirib.

- Proqramımızda qadınların silahlı qüvvələrin döyüş hissələrinə daha geniş şəkildə cəlb edilməsinə dair bir bənd var. Qadınların iştirakına dair tezisin ideoloji və ya anti-ideoloji əsası yoxdur, ancaq praqmatik hesablamalarla şərtlənir. Qadınlar Ermənistan əhalisinin əksəriyyətini təşkil edir. Hər hansı bir sahədə öz resurslarından yetərincə istifadə edilməməsi ölkəmizin inkişaf potensialını təhrif etmək deməkdir - Paşinyan deyib.

Onun sözlərinə görə, qadınların silahlı qüvvələrdə xidmətə cəlbi orduda qadınların kişilərlə bərabər xidmət edəcəkləri mənasına gəlmir.

- Məqsəd potensialı maksimum dərəcədə artırmaqdır. Bu potensial hələ açılmayıb, - o əlavə edib.

Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti