Son sutkada Kabildən 58,7 min nəfər təxliyə edilib

Son sutkada Kabildən 58,7 min nəfər təxliyə edilib
  24 Avqust 2021    Oxunub:793
ABŞ və müttəfiqləri son 24 saat ərzində Əfqanıstanın paytaxtı Kabildən 21 mindən çox insanı təxliyə edib. İyulun sonundan bəri isə demək olar ki, 64 min nəfər ölkədən çıxarılıb.
Azvision.az xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi Endryu Bates Tvitterdə bildirib.

- Son sutkada 21 600 nəfər Kabildən təxliyə edilib. Avqustun 14-dən bəri 58 700, iyulun sonundan isə ümumilikdə 63 900 nəfər evakuasiya edilib, - Ağ Ev rəsmisi deyib.

Azvision.az



Teqlər: ABŞ   Əfqanıstan  





Xəbər lenti