Hacı Zeynalabdin Tağıyevin heykəli sabah qoyulacaq

   Hacı Zeynalabdin Tağıyevin heykəli sabah qoyulacaq
  24 Avqust 2021    Oxunub:5645
"Hacı Zeynalabdin Tağıyevin heykəli sabah qoyulacaq”. Bu barədə məlumatı Azvision.az - a heykəlin müəllifi, Xalq rəssamı Xanlar Əhmədov verib. O bildirib ki, heykəlin quraşdırılması sabah yekunlaşacaq.
Qeyd edək ki, 2019-cu ildə Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirdiyi açıq heykəltəraşlıq müsabiqəsinə təqdim olunan 26 layihə arasından Xanlar Əhmədovun layihəsi qalib seçilib. Hacı Zeynalabdin Tağıyevin heykəlinin "İçərişəhər" metrostansiyası yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaldılacaq.

Şahanə Rəhimli

Azvision.az



Teqlər: HacıZeynalabdinTağıyev  





Xəbər lenti