"Taliban" Pəncşirin nəzarətindən kənarda qalması ilə razılaşmayacaq

"Taliban" Pəncşirin nəzarətindən kənarda qalması ilə razılaşmayacaq
  24 Avqust 2021    Oxunub:1048
Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatı Pəncşir əyalətinin onların nəzarətindən kənarda qalması ilə razılaşmayacaq.
Azvision.az xəbər verir ki, bu barədə “Taliban”ın Qətərdəki siyasi ofisinin rəsmi nümayəndəsi Məhəmməd Naim deyib.

- Biz Pəncşirin hərəkatın nəzarətindən kənarda qalacağını qəbul edə bilmərik. Çünki bu bölgə Əfqanıstan ərazisinin bir hissəsidir, - Naim “Al Jazeera” kanalına bildirib.

Onun sözlərinə görə, “Taliban” Pəncşirdəki müqavimət qüvvələri ilə qarşıdurma istəmir, əksinə ölkədəki problemləri sülh yolu ilə həll etməyə çalışır.

Xatırladaq ki, Pəncşirdə yerləşən müqavimət qüvvələrinin liderlərindən biri, ölkənin vitse-prezidenti Əmrulla Saleh daha əvvəl bildirib ki, "Taliban"la danışıqlardan imtina etmirlər. Ancaq məzmunlu danışıqların tərəfdarıdırlar.

Azvision.az



Teqlər: Əfqanıstan   Pəncşir  



Xəbər lenti