Bu gün Poroşenkonu “yaşıla boyayıblar”

   Bu gün Poroşenkonu    “yaşıla boyayıblar”
  24 Avqust 2021    Oxunub:1168
Hüquq-mühafizə orqanları "Ukrayna Müdafiəçilərinin Yürüşü"ndən sonra Kiyevin mərkəzində Ukraynanın keçmiş Prezidenti Pyotr Poroşenkonun üzərinə “göy daş məhlulu” adlanan yaşıl boya tökən bir şəxsi saxlayıb.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, təcavüzkarın tutulması ilə bağlı videonu “Pavlovsky News” Telegram kanalı yayıb.

Kadrlarda gəncləri xidməti avtomobilə aparan polislər əks olunub. Onların əlləri parlaq yaşıl rəngə boyanıb. Ukraynanın beşinci prezidentinə hücum edən şəxsin saxlanılmasını Poroşenkoya məxsus “Pryamaya” telekanalının əməkdaşı Taras Berezovets də təsdiqləyib.

24 avqustda Kiyevin mərkəzində Ukraynanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə təşkil olunan "Ukrayna Müdafiəçilərinin Yürüşü" zamanı naməlum şəxslərin Ukrayn anın beşinci Prezidenti Pyotr Poroşenkonun üzərinə yaşıl boya atdıqları bildirilir. Mənbənin bildirdiyinə görə, hadisə Ukraynanın keçmiş lideri nazirlər kabinetinə gedərkən "Xreşkatik" metro stansiyasının yaxınlığında baş verib. Nəşrin yaydığı videoda siyasətçinin üzündə parlaq yaşıl izlər görünür. Hadisədən dərhal sonra polislər onu mühasirəyə alıb.

Ukraynanın Müstəqillik Günü hər il avqustun 24-də qeyd olunur. Hərbi paraddan sonra Kiyevdə millətçilərin yürüşü olub. Aksiyaya Donbasdakı hərbi əməliyyatların on minlərlə iştirakçısı, müxtəlif siyasi qüvvələrin fəalları qatılıblar. Yürüş iştirakçıları " Yaşasın Ukrayna!", "Yaşasın Qəhrəmanlar!", "Hər şeydən əvvəl Ukrayna!" şüarları səsləndiriblər. Tədbirə ənənəvi olaraq Pyotr Poroşenko da qatılıb.

Nadir Quliyev
Azvision.az



Teqlər: Ukrayna   Poroşenko   Yaşılboya  





Xəbər lenti