Əlcəzair Mərakeşlə diplomatik əlaqələri kəsdi

Əlcəzair Mərakeşlə diplomatik əlaqələri kəsdi
  24 Avqust 2021    Oxunub:983
Əlcəzairin xarici işlər naziri Ramtan Lamamra Mərakeşlə diplomatik əlaqələrin kəsildiyini açıqlayıb.
Azvision.az xəbər verir ki, bu barədə "Al Arabiya" nəşri məlumat yayıb.

Mətbuat konfransı zamanı Lamamra Mərakeşin hərəkətlərini düşmənçilik kimi qiymətləndirib.

Onun sözlərinə görə, bununla əlaqədar münasibətlərə yenidən baxılması barədə qərar qəbul edilib.

Nadir Quliyev
Azvision.az



Teqlər: Əlcəzair   Mərakeş  





Xəbər lenti