“Taliban”da külli-miqdarda silah var” - Şoyqu

   “Taliban”da külli-miqdarda silah var” -    Şoyqu
  24 Avqust 2021    Oxunub:1150
Rusiya müdafiə naziri Sergey Şoyqu Əfqanıstanda “Taliban”ın əlində külli miqdarda silah qaldığını bildirib.
Azvision.az xəbər verir ki, TASS agentliyi Şoyqunun sözlərini sitat gətirib: "Əsas təhlükə, “Taliban”ın əlində çox böyük miqdarda silah qalmasıdır”.

Onun sözlərinə görə, "Taliban" yüzlərlə artilleriya barelinə və zirehli texnikaya, habelə təyyarə və helikopterlərə sahib olub.

Rusiya müdafiə naziri qeyd edib ki, Əfqanıstanda "yüzdən çox" ZENİT raket sistemi qalıb.

Life.ru saytının yazdığına görə, Şoyqu başqa bir təhlükənin narkotik alveri olduğunu da söyləyib, çünki dünya heroininin 93% -i Əfqanıstandan gətirilir.

"Alyansın ora gəlişi ilə buna bir növ nəzarət olacağını gözləyirdik, amma əkin sahələri yüz qat artdı", - nazir bildirib.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Əfqanıstanın daxili işlərinə qarışmayacağını və silahlı qüvvələrini " hamının hamıya qarşı olduğu konfliktə" cəlb etməyəcəyini bildirmişdi.

Nadir Quliyev
Azvision.az



Teqlər: Şoyqu   Taliban  





Xəbər lenti