Putin Əfqanıstandan Rusiyaya və müttəfiqlərinə gələn təhdidlərdən danışıb

 Putin Əfqanıstandan  Rusiyaya və müttəfiqlərinə gələn təhdidlərdən danışıb
  24 Avqust 2021    Oxunub:1485
“Taliban”nın Əfqanıstanda etdiyi təhdidlər "tamamilə realdır". Azvision.az xəbər verir ki, RBC müxbirinin məlumata görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin "Vahid Rusiya" partiyasının qurultayında bildirib.
Dövlət başçısı bu təhdidləri sadalayıb: qonşu ölkələrlə qarşıdurmaların artması, narkotik ticarəti və qanunsuz mühacirətin artması . "Bütün bunlar bizim üçün tamamilə real təhdidlərdir, " - prezident deyib.

Putinin sözlərinə görə, Əfqanıstana sığınan terrorçuların və digər qrupların " qərbli həmkarlarımızın bu ölkədə buraxdıqları xaosdan istifadə edərək", qonşu ölkələrdə daha da artacağı təhlükəsi var. "Bu, ölkəmizə və müttəfiqlərimizə birbaşa təhdiddir", - Putin deyib.

Prezident eyni zamanda bildirib ki, Rusiya hakimiyyəti ölkədəki hadisələrə müdaxilə etməyəcək. "SSRİ -nin bu ölkədən qalma təcrübəsi var. Lazım olan dərsləri çıxarmışıq", - o vurğulayıb.

Nadir Quliyev
Azvision.az



Teqlər: Putin   Əfqanıstan  





Xəbər lenti