Kanada qoşunlarını Əfqanıstanda saxlamağa hazırdır

  Kanada qoşunlarını Əfqanıstanda saxlamağa hazırdır
  24 Avqust 2021    Oxunub:1307
Azvision.az RİA Novosti nəşrinə istinadən xəbər verir ki, Kanadanın Baş naziri Castin Trüdo G7 üzrə ortaqlarına 31 Avqustdan sonra da Əfqanıstanda əsgər saxlamağa hazır olduqlarını bildirib.
O, çərşənbə axşamı günü G7 liderlərinin Əfqanıstanla bağlı ortaq mövqeyinin hazırlanmasıyla bağlı virtual görüşündə iştirak edib.

"Qeyd edim ki, əgər mümkündürsə, Kanada müddət bitdikdən sonra da qalmağa hazırdır", - Trudo deyib.

Ağ Evdəki yüksək səviyyəli bir mənbə daha əvvəl jurnalistlərə açıqlamasında ABŞ prezidenti Co Baydenin Pentaqonun geri çəkilməklə bağlı qoyduğu vaxtı dəyişdirməmək və Əfqanıstandakı 20 illik əməliyyatı ayın sonuna qədər tamamlamaq tövsiyəsini qəbul etdiyini bildirmişdi.

Nadir Quliyev
Azvision.az



Teqlər: Kanada   Əfqanıstan  





Xəbər lenti