"Rusiya və Çinlə yaxşı münasibətlərimiz var" - "Taliban" sözçüsü

"Rusiya və Çinlə yaxşı münasibətlərimiz var" -    "Taliban" sözçüsü
  25 Avqust 2021    Oxunub:1046
“Taliban”ın Çin və Rusiya ilə yaxşı münasibətləri var. Azvision.az xəbər verir ki, bunu hərəkatın Qətərdəki siyasi ofisinin nümayəndəsi Məhəmməd Naim deyib.
O, Çinin qonşu dövlət olduğunu vurğulayıb.

"Çin bizim üçün qonşu dövlətdir. Bizim yaxşı münasibətlərimiz var. Bu, Rusiyaya da aiddir", - Naim bildirib.

Onun sözlərinə görə, İran, Çin, Pakistan və Özbəkistanla da uzun müddətdir əlaqələri var və bu ölkələr Qərb dövlətlərindən fərqli olaraq, taliblərin hakimiyyətə gəlməsindən narahat deyillər.

"Əlaqələr qurmuşuq və biz Əfqanıstanın qonşu ölkələri ilə təmasayıq. Əlaqələrimizin inkişaf etməsini istəyirik", - "Taliban" nümayəndəsi əlavə edib.

Rusiyanın xarici işlər nazirinin müavini Oleq Sıromolotov daha əvvəl Moskvanın "Taliban"ı terror təşkilatları siyahısından çıxarmağa yeni Əfqanıstan səlahiyyətlilərini tanımağa tələsməyəcəyini söyləyib. O bildirib ki, Moskva Əfqanıstan hakimiyyətinin əməli addımlarını və BMT Təhlükəsizlik Şurasının müvafiq qərarlarını rəhbər tutacaq.

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq isə ölkəsinin “Taliban”la təmasları davam etdirdiyini vurğulayıb.

Azvision.az



Teqlər: Taliban   Çin   Rusiya  





Xəbər lenti