Rusiya Əfqanıstandan 500-dən çox insanın təxliyəsini təşkil edib

Rusiya Əfqanıstandan 500-dən çox insanın təxliyəsini təşkil edib
  25 Avqust 2021    Oxunub:924
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinin tapşırığı əsasında 500 nəfərdən çox vətəndaşın Əfqanıstandan təxliyəsini təşkil edib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Naziliyi məlumat yayıb.

Qeyd olunub ki, hərbi nəqliyyat təyyarələri ilə Əfqanıstandan Rusiya vətəndaşları ilə yanaşı, Kolllektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv digər ölkələrin və Ukrayna vətəndaşlarının da evakuasiyası həyata keçirilib.

"Tapşırığı yerinə yetirmək üçün Ulyanovskdakı aerodromda cəmləşən dörd hərbi nəqliyyat təyyarəsindən ibarət aviaqrup yaradılıb. Təyyarələrdə hərbi həkim qrupları, su, ərzaq ehtiyatı və örtüklər yerləşdirilib", - məlumatda vurğulanıb.

Azvision.az



Teqlər: Rusiya   Əfqanıstan  





Xəbər lenti