Əfqanıstanın vitse-prezidenti hökümətin süqutunda ABŞ-ı ittiham etdi

 Əfqanıstanın vitse-prezidenti hökümətin süqutunda ABŞ-ı ittiham etdi
  25 Avqust 2021    Oxunub:1451
Vaşinqtondan Kabilə edilən təzyiqlər, Qətərdə aparılan Əfqanıstan üzrə danışıqlarında “Taliban”ın de-fakto tanınması və hökumətimizdə ən son aktual məlumatların olmaması Əşrəf Qani hakimiyyətinin süqutunun səbəbləridir.
Azvision.az xəbər verir ki, bunu özünü Əfqanıstanın müvəqqəti prezident elan edən, "Taliban"a müqavimət göstərməyə çağıran ölkənin vitse-prezidenti Əmrulla Saleh bildirib. Onun sözlərinə görə, “Taliban”a heç vaxt təzyiq göstərilməyib və onlar Pakistanı dəstək bazası kimi istifadə ediblər.

Saleh, həmçinin qeyd edib ki, Dohadakı Əfqanıstan danışıqları faktiki olaraq sözünə sadiq qalmayan “Taliban”ı qanuniləşdirdi.

"Digər bir səbəb son iki ildə respublikanın müttəfiqimiz Amerika tərəfindən böyük təzyiqlərə məruz qalmasıdır. Bizi şantaj edərək dedilər: ya məhbusları azad edəcəksiniz, ya da hərbi yardım da daxil olmaqla yardımınızı azaldacağıq. Biz onlardan soruşduq: bu insanların cəbhədə olmayacağına əminsinizmi? Cavabları mənfi oldu, amma hamısı döyüşdə idi. Belə olan halda, bu, əsirlərin sərbəst buraxılması deyil, taliblərə həddindən artıq radikallaşmış yaraqlılardan ibarət bir dəstənin verilməsi idi ", - vitse-prezident əlavə edib.

O vurğulayıb ki, ölkə hökumətində vəziyyətdən xəbəri olmayan və hər şeyi normal qəbul edən insanlar var idi.

"Faciəyə səbəb olan digər müxtəlif problemlər olub. Nəticə budur ki, NATO artıq yoxdur, Amerika hərbçiləri getdi, amma Əfqanıstan xalqı getmədi, onlar evakuasiya edilə bilmədi. Kabil Hava Limanı aysberqin zirvəsidir. Ölkə faciəyə qərq oldu və terror qrupları Əfqanıstanı işğal etdi, - Saleh deyib.

Azvision.az


Teqlər: Əfqanıstan  





Xəbər lenti