Ötən gün 3 nəfər yol qəzasında ölüb

Ötən gün 3 nəfər yol qəzasında ölüb
  25 Avqust 2021    Oxunub:1566
Daxili İşlər Nazirliyi (DİN) avqustun 24-də qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
DİN-in mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 50 cinayətin üstünü “isti izlər”lə açıblar. Əvvəlki dövrlərdən bağlı qalmış iki cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 56 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında baş vermiş üç yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 31, qanunsuz silah-sursatla bağlı 2 fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti