Erməni deputatlar bu dəfə təpik-yumruq davasına çıxdılar

   Erməni deputatlar bu dəfə təpik-yumruq davasına çıxdılar
  25 Avqust 2021    Oxunub:1165
Ermənistan parlamentində bu gün deputatlar arasında ikinci dava baş verib, iclas yarımçıq dayandırılıb.
Azvision.az bu barədə erməni KİV-lərə istinadən xəbər verir.
"Bir dənə də olsun peşəkar hərbi hissəmiz olmayıb" - Erməni politoloq

Məlumata görə, deputatlar bir-birlərinə qarşı qeyri-etik ifadələrdən istifadə ediblər, daha sonra əl-qol davasına çıxıblar. Belə ki, parlamentin iqtisadi məsələlər komissiyasının rəhbəri, “Ermənistan” blokunun deputatı Vaqe Akopyanın çıxışı zamanı hakim partiyadan olan deputatlardan biri ona replika atıb. Akopyan cavab verərək tribunanı tərk edib və hakim "Vətəndaş müqavilə"si fraksiyasına doğru gedib.

Əvvəlcə söz davasına çıxan deputatlar, daha sonra bir-birlərinə təpik-yumruq tətbiq ediblər. İclas yarımçıq dayandırılıb.

Xatırladaq ki, bu gün səhər də erməni deputatlar arasında dava olub, onlar bir-birlərinə su şüşələri atıblar.

Azvision.az



Teqlər: Ermənistan   Parlament   Dava  





Xəbər lenti