Parlamentdə döyülən erməni deputat xəstəxanaya yerləşdirlib

Parlamentdə döyülən erməni deputat xəstəxanaya yerləşdirlib
  25 Avqust 2021    Oxunub:1274
Ermənistan parlamentindəki dava zamanı xəsarət alan deputat Qeqam Nazaryan xəstəxanaya yerləşdirilib.
Azvision.az erməni KİV-lərə istinadən xəbər verir ki, bu barədə onun həmkarı Qeqam Manukyan bildirib.

Məlumata görə, “Ermənistan” fraksiyasının deputatı təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

"Qeqam Nazaryan gözündən xəsarət alıb, təcili yardımla Malayan tibb mərkəzinə çatdırılıb”, - Manukyan bildirib.

Xatırladaq ki, bu gün Ermənistan parlamentində deputatlar arasında bir neçə dəfə dava olub.

Azvision.az



Teqlər:   Ermənistan   Parlament   Dava  





Xəbər lenti