"Afrikanın Pinoçeti" Seneqalda dəfn olunacaq

"Afrikanın Pinoçeti" Seneqalda dəfn olunacaq
  25 Avqust 2021    Oxunub:856
Koronavirusdan dünyasını dəyişən Çadın keçmiş prezidenti Hissen Habre Seneqalda dəfn ediləcək.
Azvision.az xəbər verir ki, bu barədə “AFP” onun yaxınlarına istinadən xəbər yayıb.

Sabiq prezidentin həyat yoldaşı Fatimə Raymon Çad hökumətindən heç nə istəmədiklərini deyib.

Çad hakimiyyəti isə Habrenin cənazəsinin vətəndə dəfninə etiraz etməyəcəklərini açıqlayıb. Lakin sabiq prezidentin qurbanına çevrilmiş ölkə vətəndaşlarına hörmət əlaməti olaraq mərasim keçirilməyəcək.

Habre hakimiyyətdə olarkən törətdiyi müxtəlif cinayətlərə görə "Afrikanın Pinoçeti" ləqəbini alıb. Hüquq müdafiəçilərinə görə, Çadın keçmiş prezidenti 40 mindən çox insanın ölümündə günahkardır.

Müharibə cinayətlərində ittiham edilən Habre 79 yaşında Seneqalda ölüb. Seneqal mətbuatı onun koronavirusa yoluxma ilə əlaqədar yerləşdirildiyi paytaxt Dakardakı xəstəxanada öldüyünü yazıb.

Xatırladaq ki, Habre 1982-90-cı illərdə ölkənin prezidenti olub. O, hakimiyyətə güc yolu ilə gəlib, ölkədə diktatura rejimi yaradıb. 1990-cı ildə devrildikdən sonra Seneqala qaçıb. Məhkəmə onun barəsində qiyabi olaraq ölüm hökmü çıxarıb. Seneqalda isə ömürlük həbs cəzasına məhkum edilib. 2020-ci ildə koronavirus pandemiyası səbəbiylə müvəqqəti olaraq sərbəst buraxıldıqdan sonra yenidən həbsxanaya qaytarılmşdı.

Azvision.az



Teqlər: Çad   Prezident  





Xəbər lenti