Ermənistan parlamentindəki davalarla bağlı araşdırma başlayıb

Ermənistan parlamentindəki davalarla bağlı araşdırma başlayıb
  25 Avqust 2021    Oxunub:1018
Ermənistanın Baş prokurorluğu parlamentdə deputatlar arasındakı davalarla bağlı araşdırmaya başlayıb.
Azvision.az xəbər verir ki, bu barədə prokurorluğun yaydığı məlumatda deyilir.

Qeyd olunub ki, parlamentin 25 avqust tarixli iclasının videoqeydləri bəzi deputatların qeyri-adekvat davranışlarına, vətəndaşlara hörmətsiz münasibətlərinə şahidlik edir. Bu hərəkətlər ədəbsiz ifadələrlə və zorakılıqla müşayiət olunib. Bütün bunları nəzərə alaraq müvafiq materiallar hazırlamaq və hadisəyə hüquqi qiymət vermək üçün baş prokuror videoqeydləri Xüsusi İstintaq Xidmətinə göndərib.

Xatırladaq ki, dünən və bu gün Ermənistan parlamenində deputatlar arasında dava olub, onlar bir-birlərini təhqir edib, təpik-yumruq tətbiq ediblər.

Azvision.az



Teqlər: Ermənistan   Dava  





Xəbər lenti