Prokurorluqdan yaşıllıqların məhv edilməsi ilə bağlı videomüraciət

Prokurorluqdan yaşıllıqların məhv edilməsi ilə bağlı videomüraciət
  25 Avqust 2021    Oxunub:1519
Baş Prokurorluq qanunsuz ağac kəsintisi, yaşıllıqların məhv edilməsi, meşələrə zərər vurulması halları ilə bağlı videomüraciət yayıb.
Azvision.az -ın xəbərinə görə, Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən təqdim olunan videomüraciətdə bildirilir ki, təəsüflər olsun ki, son dövrlərdə ekoloji tarazlığın pozulmasına yönələn qanunsuz əməllər törədənlərin sayı artıb. Əsasən də ağaclara zərər vurulması, yaşıllıqların məhv edilməsi insan sağlamlığı üçün birbaşa təhlükədir:

""Təbiətin ağciyərləri" adlandırılan ağaclar təbiətdə oksigen balansının təmin olunmasında əsas rol oynayır. Meşə sahələrində və meşə fonduna daxil olmayan sahələrdə ağacların, kolların və digər yaşıllıqların qanunsuz kəsilməsi zədələnməsi və ya məhv edilməsi İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsinə əsasən inzibati məsuliyyət yaratmaqla 45 min manatadək cərimə ilə nəticələnə bilər.

Qanunsuz ağac kəsmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinə əsasən cinayət məsuliyyəti yaratmaqla 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə nəticələnə bilər. Dövlətin ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın bərpa edilməsi istiqamətində həyata keçirdiyi siyasətə kölgə salan hallara qarşı prokurorluq orqanları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Qanunsuz ağac kəsintisi, yaşıllıqların məhv edilməsi, meşələrə zərər vurulması halları ilə üzləşdikdə dərhal "961" Çağrı Mərkəzi və ya Baş Prokurorluğun sosial şəbəkələrdəki hesabları vasitəsilə müraciət edin!"




Azvision.az



Teqlər: Prokurorluq  





Xəbər lenti