ABŞ Əfqanıstandan 88 min nəfəri təxliyə edib

   ABŞ Əfqanıstandan 88 min nəfəri təxliyə edib
  25 Avqust 2021    Oxunub:963
Avqustun 14-dən etibarən ABŞ Əfqanıstandan 88 min nəfəri təhlükəsiz şəkildə təxliyə edib.
Azvision.az RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun nümayəndəsi general Henk Teylor bildirib.

O qeyd edib ki,  hazırda Kabil aeroportunda 10 mindən çox insan təxliyə gözləyir.

"Lazım gələrsə son günə qədər (avqustun 31-i) təxliyəni davam etdirəcəyik. Lakin son günlərdə isə hərbi və hərbi resursların çıxarılmasına üstünlük verəcəyik".

Pentaqon sözçüsü əlavə edib ki, ABŞ  Kabul hava limanında mümkün qədər uzun müddət hərbi varlığını saxlamağa ümid edir.

Azvision.az


Teqlər: ABŞ   Əfqanıstan  





Xəbər lenti