Dünyada COVID-19-a yoluxma və ölüm sayları sabitləşib - ÜST

   Dünyada COVID-19-a yoluxma və ölüm sayları sabitləşib -    ÜST
  25 Avqust 2021    Oxunub:1366
Dünyada COVID-19-a yoluxma və ölüm sayları iki aylıq artımdan sonra ötən həftə sabitləşməyə başlayıb.

Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib.
ÜST rəhbəri virusa yoluxma və ölüm səviyyəsində stabilləşmənin "yüksək səviyyədə" olduğunu vurğulayıb.

"16-22 avqust tarixlərində dünyada 4,5 milyondan çox yoluxma hadisəsi qeydə alınıb, 68 mindən çox insan ölüb. İyunun 23-dən bəri ilk dəfədir ki, koronavirusla bağlı rəqəmlər sabit qalıb. Bir gün əvvəl, avqustun 24-də iyunun 23-dən bəri ilk dəfə olaraq ölkədə gündə 19 mindən az insan koronavirusa yoluxub", - Qebreyesus deyib.

Azvision.az


Teqlər: COVID-19  





Xəbər lenti