Türkiyə hərbçilərinin Əfqanıstandan çıxarılmasına başlanılıb

   Türkiyə hərbçilərinin Əfqanıstandan çıxarılmasına başlanılıb
  25 Avqust 2021    Oxunub:1023
Türkiyə hərbçilərinin Əfqanıstandan çıxarılmasına başlanıb.


Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik açıqlamasında bu addımın mövcud vəziyyət və şərtlər qiymətləndirildikdən sonra atıldığı qeyd edib.

Bildirilib ki, qarşısına qoyulan vəzifəni uğurla yerinə yetirən Türkiyə hərbçiləri vətənə geri dönməkdədir.

Məlumatda qeyd edilib ki, bu günə qədər Əfqanıstandan 1 129 vətəndaş təxliyə edilib.

Azvision.az


Teqlər: Türkiyə   Əfqanıstan   Hərbçi  





Xəbər lenti