Ərdoğan: "Türkiyə əlavə miqrasiya yükünün öhdəsindən gələ bilməyəcək"

      Ərdoğan:    "Türkiyə əlavə miqrasiya yükünün öhdəsindən gələ bilməyəcək"
  25 Avqust 2021    Oxunub:1433
"Müxtəlif statuslu 5 milyondan çox qaçqın və mühacirə ev sahibliyi edən Türkiyə hazırda Suriya və Əfqanıstandan gələn əlavə miqrasiya yükünün öhdəsindən gələ bilməz".
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malazgirt zəfərinin 950-ci ildönümü ilə bağlı Bitlisin Ahlat rayonunda xarici ölkələrin Türkiyədəki səfirləri ilə görüşündə bildirib. O bildirib ki, Əfqanıstanda xalqın təhlükəsizliyin təmin etmək üçün əvvəlcə hakimiyyətdəki boşluq aradan qaldırılmalı və həyat normallaşmalıdır.

""Taliban" liderlərindən gələn mesajlara hələlik ehtiyatla yanaşırıq. Əfqanıstanda gedən prosesləri "Taliban"ın sözləri deyil, hərəkətləri müəyyənləşdirəcək".

Azvision.az


Teqlər: Türkiyə   Əfqanıstan   Miqrasiya  





Xəbər lenti