Kabildə 1,5 min adam ABŞ-a təxliyə ediləcəyinə ümid edir

Kabildə 1,5 min adam ABŞ-a təxliyə ediləcəyinə ümid edir
  26 Avqust 2021    Oxunub:1511
Hazırda 1500 nəfərə yaxın ABŞ vətəndaşı və Amerika vizasına sahib olanlar Kabil hava limanı ətrafına toplaşaraq, Əfqanıstandan təxliyəyə ümid edirlər.
Azvision.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi adının açıqlanmasını istəməyən qərb diplomatına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, ABŞ-ın Kabildəki səfirliyinin təhlükəsizlik təhdidləri səbəbiylə özbaşına hava limanına getməmək, dərhal üç yoxlama məntəqəsini tərk etməklə bağlı çağırışlarına baxmayaraq, hava limanının ətrafı insanlarla doludur.
Diplomat bildirib ki, hava limanı ləng işləyir, bu gün ərzində isə onun gücləndirilmiş iş rejimində işləməyə başlayacağı gözlənilir.

ABŞ dövlət katibi Entoni Blinken daha əvvəl Vaşinqtonun hesablamalarına görə, təxminən 1500 amerikalının Əfqanıstanda qala biləcəyini söyləyib.

ABŞ Prezidenti Co Bayden isə planlaşdırıldığı kimi, Vaşinqtonun 31 avqust tarixinə qədər təxliyə əməliyyatını başa çatdıracağını deyib.

Azvision.az



Teqlər: ABŞ   Əfqanıstan  





Xəbər lenti