Polşa Əfqanıstandan 900 nəfəri təxliyə edib

Polşa Əfqanıstandan 900 nəfəri təxliyə edib
  26 Avqust 2021    Oxunub:818
"Polşa hakimiyyəti Əfqanıstandan 900-ə yaxın insanı təxliyə edib. Bu gün polşalıların və onlarla əməkdaşlıq edənlərin Əfqanıstandan təxliyəsi başa çatır".
Azvision.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Mateuş Moravetski deyib.

Daha əvvəl Varşavanın Polşa səfirliyinin işçilərini, ölkənin hərbi kontingenti və beynəlxalq təşkilatlarla əməkdaşlıq edən Əfqanıstan vətəndaşlarını Kabildən çıxaracağı barədə məlumat verilmişdi.Bunun üçün Polşa bir neçə hərbi nəqliyyat və mülki sərnişin təyyarəsi ayırıb.

Baş nazirr ümumilikdə təxliyə üçün 14 uçuşun həyata keçirildiyini söyləyib. Birincisi, təxliyə edilən insanlar hərbi nəqliyyat təyyarələri ilə Kabildən Özbəkistana uçub, oradan isə mülki təyyarələr insanları Polşaya çatdırıb.

Azvision.az



Teqlər: Əfqanıstan   Polşa  





Xəbər lenti