Fransa Kabildən təxliyəni dayandırır

Fransa Kabildən təxliyəni dayandırır
  26 Avqust 2021    Oxunub:907
Fransa 27 avqust axşamından etibarən Əfqanıstandan təxliyə əməliyyatını davam etdirə bilməyəcək.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Jan Kasteks bildirib.

“Evakuasiyanı sabah axşamadək davam etdirəcəyik. Bundan sonra biz Kabil hava limanından təxliyə əməliyyatları həyata keçirə bilməyəcəyik ",- Kasteks söyləyib.

Baş nazir qeyd edib ki, indiyə qədər Fransa öz ərazisində təxminən 2,5 min nəfəri qəbul edib. Onlar fransızlar və ölkələrində həyatları təhlükədə ola biləcək əfqanlardır.

Hökumət rəhbəri təxliyənin dayandırılması səbəbini açıqlamayıb.

Qeyd edək ki, "Taliban" Əfqanıstandan təxliyə üçün ABŞ və müttəfiqlərinə avqustun 31-dək vaxt verib.

Azvision.az



Teqlər: Fransa   Əfqanıstan  





Xəbər lenti