Cəbrayıl, Zəngilan, Qubadlı və Ağdamda yarımstansiyalar tikilir - VİDEO
Hər üç yarımstansiyada 110 kV-luq açıq, 35 və 10 kV-luq qapalı paylayıcı qurğular quraşdırılmaqla yeni inzibati bina inşa edilir. Yarımstansiyalar məsafədən idarə olunmaqla Dispetçer İdarəetmə sisteminə qoşulacaq. “Cəbrayıl” yarımstansiyasında artıq işlər tamamlanmaqdadır. “Qubadlı” və “Zəngilan”da da işlərin çox hissəsi görülüb və sürətlə davam etdirilərək yaxın vaxtlarda yekunlşacaq. Bundan başqa, hazırda Ağdam rayonunda 110/35/10 kV-luq iki yarımstansiya tikilir.
“Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev bildirib ki, “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının tikintisi sürətlə davam etdirilir və sözügedən yarımstansiyalara “Xındırıstan” yarımstansiyasından 40 km məsafədə ikidövrəli 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətti çəkilir.
Qeyd edək ki, bu günə qədər “Azərenerji” tərəfindən Füzulidən Şuşaya 75 km, Daşkəsəndən isə Kəlbəcərə 70 km məsafədə 110 kV-luq ikidövrəli elektrik verilişi xətti çəkilib və 110/35/10 kV-luq “Şuşa” və “Kəlbəcər” yarımstansiyaları tikilərək istismara verilib. Həmçinin Füzuli şəhərində 110/35/10 kV-luq “Füzuli” yarımstansiyası tikilib, eyni zamanda Füzuli rayonundakı “Şükürbəyli” yarımstansiyası genişləndirilərək tam yenidən qurulub.
Azvision.az
Teqlər: Qarabağ