Taliblər çəkiliş aparan jurnalist və operatoru döyüb

Taliblər çəkiliş aparan jurnalist və operatoru döyüb
  26 Avqust 2021    Oxunub:906
Əfqanıstanın “TOLO News” kanalının müxbiri Ziyar Yaad və operatoru paytaxt ətrafında çəkiliş edən zaman taliblər tərəfindən döyülüblər.
Azvision.az xəbər verir ki, “Taliban” yaraqlıları jurnalistlərin mobil telefonlarını və kamerasını alıb.

Onlar Kabilin ətrafında yoxsulluq və işsizliklə bağlı çəkiliş aparırmışlar. Taliblər Z.Yaad və həmkarına silahları ilə zərbələr endiriblər.

“Taliban” hərəkatının mədəniyyət məsələləri üzrə komisiyyasının sədr müavini Əhmədulla Vasik jurnalistlərin yalnız təhdid edildiyini, ancaq döyülmədiyini söyləyib.

"Paytaxt rəhbərliyi bizi hadisənin araşdırıldığına əmin edib, jurnalistlər üçün hər hansı bir problem varsa, onu həll etməyə çalışacağıq", - o əlavə edib.

Azvision.az



Teqlər: Əfqanıstan  





Xəbər lenti