Ermənistan parlamenti beş illik proqram qəbul edib

Ermənistan parlamenti beş illik proqram qəbul edib
  26 Avqust 2021    Oxunub:1673
Ermənistan parlamenti hökumətin beş illik fəaliyyət proqramını qəbul edib. Proqramın lehinə 107 deputatdan 70-i səs verib.
Azvision.az erməni KİV-lərə istinadən xəbər verir ki, "Ermənistan" və "Şərəfim var" müxalif fraksiyalar səsverməni boykot edib.

Proqrama görə, Ermənistan hazırkı xarici siyasət kursunu davam etdirəcək, Rusiya ilə strateji müttəfiqlik əlaqələrini, ABŞ, Fransa, eləcə də Avropa İttifaqı, qonşu İran və Gürcüstanla yüksək səviyyəli əlaqələrini gücləndirərək.

Tədricən peşəkar orduya keçid planlaşdırılır və yüksək atəş gücünə malik mobil bölmələr yaradılacaq.

Növbəti 5 ildə emal sənayesində olan müəssisələri dəstəkləmək üçün 80 milyard dram (təxminən 155 milyon dollar) ayrılacaq. Minimum əməkhaqqının 2026 -cı ilə qədər 85 min dram səviyyəsinə çatdırılması planlaşdırılır.

Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti