Belçika terror aktı riskinə görə Kabildən təxliyəni məhdudlaşdırıb

Belçika terror aktı riskinə görə Kabildən təxliyəni məhdudlaşdırıb
  26 Avqust 2021    Oxunub:998
"Belçika Əfqanıstandan 1,4 min insanı təxliyə edib. Terror aktı təhlükəsi səbəbindən əməliyyatı məhdudlaşdırıb".
Azvision.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Aleksander De Kroo deyib.

Onun sözlərinə görə, çərşənbə günü Kabil hava limanında vəziyyət kəskin pisləşib.

"ABŞ-dakı mənbədən bomba hücumu riskinin ciddi olduğu barədə məlumat aldıq. Dünən gecə hava limanında çalışan bütün Belçika qrupları Pakistana təxliyə edilib", - hökumət rəhbəri bildirib.

De Kroo Niderland və Lüksemburq vətəndaşları da daxil olmaqla 1,4 min nəfəri Əfqanıstandan çıxardıqlarını söyləyib.

"Ümumilikdə, Kabildən İslamabada 23 uçuş həyata keçirdik", - De Kroo əlavə edib.

Məlumata görə, ABŞ Prezidenti Co Bayden çərşənbə axşamı "G7"nin virtual sammitində çıxışı zamanı Əfqanıstandan təxliyə müddətinin uzadılmasının terror aktları riski yaratdığını bildirib.

Azvision.az



Teqlər: Belçika   Əfqanıstan  





Xəbər lenti