"Taliban" və Şimal Alyansı razılığa gəldi

"Taliban" və Şimal Alyansı razılığa gəldi
  26 Avqust 2021    Oxunub:838
“Taliban”hərəkatı ilə onlara tabe olmayan Şimal Alyansı arasında bir -birinə hücum etməmək barədə razılıq əldə edilib.
Azvision.az xəbər verir ki, bu barədə “Geo TV” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, “Taliban” və Şimal Alyansı nümayəndə heyətləri arasında son iki gündə Parvan əyalətinin Çarikar şəhərində görüşlər keçirilib.

Tərəflərin əldə etdiyi razılaşmanın “Taliban”ın nəzarət etmədiyi Əfqanıstanın yeganə bölgəsi olan Pəncşirdə toqquşmaların qarşısını alacağı gözlənilir.

Azvision.az



Teqlər: Əfqanıstan  





Xəbər lenti