Sərhədlərin delimitasiyası Ermənistanın hökumət proqramında

 Sərhədlərin delimitasiyası Ermənistanın hökumət proqramında
  26 Avqust 2021    Oxunub:1287
Ermənistan- Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası bölgədə sabitlik mühitinin formalaşmasında mühüm faktordur. Azvision.az xəbər verir ki, bu barədə parlament tərəfindən təsdiqlənən Ermənistan hökumətinin fəaliyyət proqramında deyilir.
"Bölgədə sülh - bizim uzunmüddətli strategiyamızdır. Qonşu ölkələrlə münasibətləri dərinləşdirmək və ya normallaşdırmaq hökumətin xarici siyasətinin vacib istiqamətlərindən birinə çevriləcək. Düşmənçiliyin kəskinləşməsi bölgənin sabitliyi və təhlükəsizliyi üçün təhdid yaradır. Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası sabit regional atmosferin formalaşması üçün vacib əhəmiyyət daşıyacaq", - proqramda vurğulanıb.

Sənəddə vurğulanıb ki, kommunikasiyaların blokdan çıxarılması Ermənistanın xarici siyasətinin prioritetlərindən biri olmalıdır. Bu kontekstdə əsas olan Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 10 noyabr 2020-ci il və bu ilin 11 yanvar tarixlərində imzaladıqları bəyanatlarda nəzərdə tutulan addımların tam və qeyd -şərtsiz həyata keçirilməsidir.

Azvision.az



Teqlər: Sərhəd  





Xəbər lenti