"Taliban" Kərzayinin həbsini təkzib edib - YENİLƏNİB

 "Taliban" Kərzayinin həbsini təkzib edib -  YENİLƏNİB
  26 Avqust 2021    Oxunub:2405
“Taliban” hərəkatı Əfqanıstanın sabiq prezidenti Həmid Kərzay və Milli Barışıq üzrə Ali Şuranın rəhbəri Abdulla Abdullanın ev həbsinə məhkum edilmələri barədə məlumatları təkzib edib.

Azvision.az
“Bu məlumatlar doğru deyil. Onlara məhdudiyyətlərin qoyulması boş sözlərdir. Sabiq prezidentin və şura rəhbərinin, eləcə də bütün əfqanların təhlükəsizliyi bizim məsuliyyətimizdədir”, - o, bildirilib.

***
15:38

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı ölkənin Milli Barışıq üzrə Ali Şurasının rəhbəri Abdulla Abdullanı və sabiq prezident Həmid Kərzayı mühafizədən məhrum ediblər.

Azvision.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Onlar Kərzayın avtomobillərini əlindən alıb və mühafizəçilərindən silahları götürüb. Bundan sonra keçmiş dövlət başçısı çərşənbə günü evində axtarış aparılan Abdulla Abdullanın evinə köçüb. Nəticədə, hakimiyyətin sülh yolu ilə əvvəlki hökumətdən taliblərə ötürülməsi üzrə Koordinasiya Şurasının hər iki üzvü mühafizəsiz qalıb. Eyni zamanda onlar faktiki olaraq ev həbsinə məhkum ediliblər.

Xatırladaq ki, avqustun 15-dən etibarən "Taliban" paytaxt Kabil üzərində nəzarəti ələ keçirib. Həmin gün prezident Əşrəf Qani istefa verərək ölkəni tərk edib.

Azvision.az




Teqlər: Əfqanıstan   Taliban  





Xəbər lenti