"ABŞ-dakı laboratoriyaları yoxlayın!" - Çindən ÜST-ə çağırış

 "ABŞ-dakı laboratoriyaları yoxlayın!" -  Çindən ÜST-ə çağırış
  26 Avqust 2021    Oxunub:1020
Çin Ümumdünya Səhiyyə Təşkilatını koronavirusun mənşəyini tapmaq üçün ABŞ laboratoriyalarını yoxlamağa çağırıb.
Çin Xalq Respublikasının Cenevrədə yerləşən BMT Baş Qərargahındakı Daimi Nümayəndəsi Çen Xu ABŞ-dakı bioloji laboratoriyaların yoxlanılması tələbi ilə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) sorğu göndərib. Söhbət Fort Detrisk və Şimali Karolina Universitetindəki müəssisələrdən gedir.

Azvision.az “Global Times”a istiunadən xəbər verir ki, müraciətdə pandemiyaya səbəb olan koronavirusun mənşəyinin araşdırılmasının vacibliyi bildirilib.

Nəşr qeyd edir ki, bu, Çinin diplomatik kanallarla ÜST qarşısında qoyduğu ilk tələbdir. Yüksək rütbəli çinli diplomatın təşkilatın rəhbəri Tedros Adanom Gebreyesusa ünvanlandığı müraciətə Çindən gələn 25 milyon İnternet istifadəçisindən gələn toplu bir məktub da əlavə olunub.

Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Trump Çinin koronavirus pandemiyasına görə bütün dünyaya "təzminat" ödəməli olduğunu söyləmişdi. Keçmiş dövlət başçısının fikrincə, ölkənin digər dövlətlərə 10 trilyon dollar borcu var. Lakin Trampın virusun süni şəkildə yaradıldığı barədə irəli sürdüyü ittihamları Amerika xüsusi xidmət orqanları dəstəkləməmişdi. ABŞ kəşfiyyatı koronavirusun Vuhan laboratoriyasından sızması ehtimalını rəsmən təkzib etmişdi.

Nadir Quliyev
Azvision.az



Teqlər: Çin   ÜST   Pandemiya   ABŞ  





Xəbər lenti