Qrenlandiyaya yağan yağış qlobal iqlim dəyişikliyindən xəbər verir

      Qrenlandiyaya    yağan yağış qlobal iqlim dəyişikliyindən xəbər verir
  26 Avqust 2021    Oxunub:958
Azvision.az “Phys.org” nəşrinə istinadən xəbər verir ki, Qrenlandiyaya yağan yağış planetimizdə kritik iqlim dəyişikliyi olduğunu göstərir.
Müvafiq müşahidələri Danimarka alimləri aparıb. Orada yağışın 14 avqustda dəniz səviyyəsindən təxminən 3000 m yüksəklikdə müşahidə edildiyi qeyd olunur. Danimarka Meteorologiya İnstitutunda çalışan Martin Stendelə görə, bu yalnız 0 dərəcədən yuxarı və ya bir qədər aşağı temperaturda ola bilər.

Elm adamları 2000-ci ildə yalnız 9 belə hadisənin baş verdiyini vurğulayıblar. Hərarətin artdığı 2012 və 2019-cu illərdə bölgədə yağış yağmadığı bildirilir.

Nadir Quliyev
Azvision.az



Teqlər: Qrenlandiya   Yağış  





Xəbər lenti