İtaliya təyyarəsi Kabil hava limanında atəşə tutulub

İtaliya təyyarəsi Kabil hava limanında atəşə tutulub
  26 Avqust 2021    Oxunub:856
Əfqanıstandan təxliyyə həyata keçirən İtaliya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Kabil aeroportundan havaya qalxarkən atəşə məruz qalıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin “Agi” agentliyi məlumat yayıb.

Təyyarənin göyərtəsində jurnalistlər və 98 mülki şəxs olub.Atəşin təyyarə havaya qalxdıdan dərhal sonra aeroportun kənardan və ya yaxınlıqdakı hündürlükdən həyata keçirildiyi güman edilir.

Sərnişinlərdən və ekipaj üzvlərindən heç kim xəsarət almayıb. Təyyarə Küveytə yola düşüb, oradan sərnişinlər digər hava gəmisi ilə İtaliyaya aparılacaq.

Azvision.az



Teqlər: İtaliya   Əfqanıstan  





Xəbər lenti